İraqda etirazçılar Nəcəf şəhərindəki İran konsulluğunu yandırdı

Baxış sayı:
3948

İraqda həftələrdir davam edən hökumət əleyhinə aksiyalarda etirazçılar Nəcəf şəhərindəki İran konsulluğunu yandırdı. Konsulluqda olan personal binadan çıxardılıb. Nəcəfdə baş verən hadisələr İraqdakı etiraz aksiyalarının İrana qarşı olduğunu göstərir. Xüsusilə Bəsrə, Bağdad, Kərbəlada gərginlik daha çoxdur. Polis və xəstəxanalardan verilən məlumata, etirazlar başlayandan bu yana 344 nəfər həyatını itirdi. Bəsrədə yaşayan mühəndis məzun və işsiz Ali Nasser “ilk öncə islahatlar və qanunsuzluğun bitməsini istəyirik. Ancaq hökumət etirazçıları öldürməyə başladığı üçün bunları devirmədən geri çəkilməcəyik” dedi. Paytaxt Bağdadın cənubundakı Kərbəla şəhərindəki təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaqdan ötrü silahdan istifadə etdi. Gecə çox sayda etirazçıya atəş açıldı. Muxalifet.az