İşğal altında olan Dağlıq Qarabağın qondarma "naziri" Misirə işgüzar səfər edib
20-12-2019 18:45
Baxış sayı:
3319

Qısa işgüzar səfərlə Misir Ərəb Respublikasında olan qondarma "Dağlıq Qarabağ Respublikasının" qondarma naziri Masis Mayilyan Qahirədə işgüzar dairələrlə görüş keçirib. Muxalifet.az bu barədə erməni saytlarına istinadla xəbər verir. Mayilyan qondarma "DQR"-dəki böyük sərmayəçilər üçün vergi siyasəti və güzəştli şərtləri təqdim edib və Qarabağın iqtisadiyyatının bəzi sahələrinə investisiya qoyuluşunun perspektivləri barədə təbliğat işləri aparıb. Həmçinin Misirin Cənubi Sinay valisi Xaled Fuda Sidik Məhəmməd ilə görüşüb. Qondarma nazir Misir hakimiyyətləri tərəfindən erməni icmasına dair ənənəvi dostluq davranışını olduqca yüksək qiymətləndirərək ölkənin inkişafı işində ermənilərin mühüm rolunu və əməyini qeyd edib. Muxallifet.az