​İşğal edilmiş ərazilərdə KİÇİK QƏLƏBƏ – 90 minlik ordu ilə HÜCUM PLANI

Baxış sayı:
5185

 “Rusiya Donbasda kiçik qələbə qazandıracaq müharibəni yarada bilər. Cəbhədə məğlubiyyət indiki hakimiyyətin perspektivlərinə zərbə vuracaq. Məğlubiyyət demək olar ki, indiki hakimiyyətin davam etdirilməsinin üstündən xətt çəkəcək”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu “İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşoves “Apostrof” nəşrinə müsahibəsində deyib.
“Rusiya tamamilə buna gedə bilər, amma eskalasiyanın nəticələrini qiymətləndirmək lazımdır. Əgər Rusiya qarşıya böyük hədəflər qoyarsa, onda beynəlxalq cəmiyyət müdaxilə edəcək və bu, Rusiya üçün kifayət qədər acınacaqlı nəticələnə bilər”, - o bildirib.
Hərbi jurnalist qeyd edir ki, Rusiya Donbasda hər hansı qəsəbəni və ya şəhərciyi ələ keçirməyə çalışa bilər: “Müxtəlif variantlar var. Rusiya bizim şərq sərhədlərimizdə kifayət qədər güclü qruplaşmanı, təxminən 70-80 min hərbi qulluqçunu saxlamağa davam edir. Həmçinin indi 1-ci və 2-ci ordu korpuslarının (separatçı “DXR” “LXR” rejimləri) döyüş səviyyəsinin artırılması üzərində işləməyə çalışır. Bundan başqa, onlar işğal edilmiş ərazilərdə xüsusi təyinatlı bölmələrdə 7-8 minlik kiçik kontingent saxlayırlar. Rusiya hesab edə bilər ki, 1-ci və 2-ci orduların döyüş bacarığı aktiv hücum əməliyyatlarını keçirməyə icazə verəcək. Amma hələ ki, bu cür əməliyyat Rusiyanın birbaşa iştirakı olmadan qeyri-mümkündür”.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi kampaniyası hazırda qeyri-mümkündür: “Bunun xarici siyasət və maliyyə-iqtisadi olmaqla bir neçə səbəbi var. Ukraynaya qarşı genişmiqyaslı təcavüzün başlanması Rusiyanın kifayət qədər sürətli sonrakı iflası deməkdir. Rusiyada hərbi qələbə alınmayacaq. Kreml üçün öz hədəflərinə çatmaqda yeganə üsul Ukraynada içəridən hərəkət etməkdir. Hərbi amili yalnız siyasi metoda kömək edəcək amillərindən biri kimi istifadə etmək olar. Hərbi amil 2014-cü ildə, həm məhdud miqyasda rol oynaya bilərdi. 2018-ci il və sonrakı hərbi hərəkətlər Rusiya üçün acınacaqlı bitəcək. Kreml hakimiyyətinin sağ qalması üçün təhlükə yaranarsa, genişmiqyaslı təcavüz mümkündür. Amma hələ ki onun üçün heç bir təhlükə yoxdur.