İŞİD-ın nə qədər pulu qalıb? - BMT açıqladı!

Baxış sayı:
2221

 BMT Baş Katibinin müavini və Terrorizmlə Mübarizə Departamentinin direktoru Vladimir Voronkov, müxtəlif mənbələrin məlumatlarına görə, İŞİD-ın 50-300 milyon dollar arasında maliyyə mənbəyinin qaldığını bildirib.
 
İRAQ VƏ SURİYADAKI İŞİD-çıların TƏXMİNƏN 20 MİNİ XARİCİDİR!
 
 Voronkov İraqdakı İŞİD terrorçularının 14-18 mininin, Suriyadakı İŞİD terrorçularının isə təxminən 3 mininin əcnəbilərdən ibarət olduğunu da vurğulayıb.
Rus diplomat İŞİD-ın yaratdığı təhdidin Yaxın Şərq ilə Afrikanın şimalı, qərbi və şərqi Avropa, Orta Asiya, cənub və cənub-şərqi Asiyaya qədər təsirli olduğunu sözlərinə əlavə edib.
Müxalifət.az