​İŞİD-ə qarşı son həmlə: “Basqın” əməliyyatı

Baxış sayı:
1651

ABŞ-ın başçılıq etdiyi koalisiya və Suriya Demokratik Qüvvələri (SDQ) Suriya-İraq sərhədində İŞİD-ə qarşı “Basqın” adlı hərbi əməliyyatların növbəti fazasını başladıb.
Muxalifet.az xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidməti məlumat yayıb.
“SDQ “Basqın” əməliyyatı çərçivəsində sərhəddə İŞİD-də qarşı növbəti quru əməliyyatlarına başlayıb. SDQ İŞİD terrorçularını ərazidən təmizləmək məqsədilə hücumlara start verir. Əməliyyatlar koalisiya və İraq ordusu tərəfindən dəstəklənir”, - deyə bildirilib.
Qeyd edək ki, koalisiya Suriya-İraq sərhədində “Basqın” əməliyyatına mayın 1-də başlayıb.