İŞİD-in “ŞƏRİƏT MƏHKƏMƏSİ"NİN BAŞÇISI TUTULDU

Baxış sayı:
5131

Türkiyənin Sakarya vilayətində keçirilən əməliyyatda aralarında İŞİD-ın “şəriət məhkəməsi” başçısının da olduğu 20 şübhəli saxlanılıb.
 
Əməliyyatda Suriya və İraqda İŞİD tərkibində fəaliyyət göstərmək üçün Türkiyədən terror təşkilatına qoşulan 14 Türk vətəndaşı, Suriyada İŞİD adına qatıl kimi fəaliyyət göstərdiyi, “şəriət məhkəməsi”nə başçılıq etdiyi və təşkilat adına bir çox edam qərarı verdiyi bildirilən 1 Suriyalı və 4 terror qruplaşmasının komandirləri saxlanılıb. Şübhəlilərin ünvanlarında aparılan axtarışda silah və sursat aşkar edilərək götürülüb.

Müxalifət.az