​İŞİD-in Suriyada son istinadgahı nəzarətdədir - Pentaqon açıqladı

Baxış sayı:
1444

Hazırda Suriyanın Əl-Bukamal və Xadcin şəhərləri İŞİD terror qruplaşmasının işğalı altındadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ koalisiyasının səlahiyyətli nümayəndəsi Ceyms Cerard deyib.
“Əl-Bukamalın şimal ətrafı, Suriya–İraq sərhədi və Xadcin şəhəri, Fərat çayının şərq sahili terrorçuların nəzarətindədir. Ehtimallara görə, hazırda terrorçuların fəaliyyətində zəifləmə müşahidə edilir”, - deyə Cerard bildirib.