​İşlənmiş avtomobillərin qiyməti ucuzlaşıb

Baxış sayı:
3775

Avtomobil bazarında qiymətlərin nisbi azalması baş verib. 
Muxalifet.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında daşınmaz əmlak eksperti Ramin Osmanlı deyib. 
Onun sözlərinə görə, qiymətlərə tələbin aşağı düşməsi təsir edib:
“Əvvəlki dövrlərdəki qiymət artımları hazırda nisbi azalmalarla əvəzlənib. Azalma faizləri elə də böyük deyil. 5-10 faiz təşkil edir. Eyni zamanda, uzunmüddətli dövrü əhatə etməyəcək”. 
O da məlum olub ki, əsasən, ikinci əl avtomobillərin qiymətləri ucuzlaşıb.