İsrail “Azadlıq donanması”nı mühasirəyə aldı - TƏCİLİ
29-05-2018 18:20
Baxış sayı:
5225

İsrail “Mavi Mərmərə” şəhidlərinin xatirəsinə Qəzzadan dənizə çıxan və aralarında “Hürriyyət” gəmisinin də olduğu “Azadlıq donanması”nı mühasirəyə alıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yazıb.
2010-cu ilin mayında 10 nəfərin öldürüldüyü “Mavi Mərmərə” gəmisinə edilən hücumun ildönümündə İsrailin 12 ildir tətbiq etdiyi dəniz blokadasını qırmaq üçün Qəzzadan bir gəmi və çox sayda qayıq dənizə çıxıb. “Əl-Cəzirə”nin məlumatına görə, İsrailin döyüş gəmiləri sözügedən “Azadlıq donanması”nı mühasirəyə alıb.
Gəmidə xaricə müalicə və təhsil almaq üçün gedən gənclərin üstünlük təşkil etdiyi və yaralıların olduğu bildirilir.