İsrailə böyük şok! İmtina etdilər...

Hindistanın İsrailə sifariş verdiyi 500 milyon dollarlıq tank əleyhinə raket sistemlərini almaqdan imtina etdiyi bildirilib.
“Indian Express” qəzetinin dövlət səlahiyyətlilərinə istinad etdiyi xəbərdə, Hindistanın İsraildən almağı planlaşdırdığı 500 milyon dollarlıq daşına biləcək idarə olunan tank əleyhinə raket sistemləri sifarişindən imtina etdiyi ifadə edilib.
Xəbərdə, ləğv qərarının yerli müdafiə şirkəti olan “Müdafiə, Araşdırma və İnkişaf etdirmə Təşkilatı”nın (DRDO) raketilərin ölkə daxilində daha ucuz qiymətə emal edilə biləcəyi barəsində Hindistan hökumətini razı salmasından sonra verildiyi bildirilib.
Şirkətin silahların testini sentyabr ayında müvəffəqiyyətli şəkildə reallaşdırdığı və sifarişləri iki il içində Hind ordusuna təhvil verməyi hədəflədiyi qeyd edilib.
Səlahiyyətlilər şirkətin raketləri inkişaf etdirmə səylərinin sürətli şəkildə davam etdiyini vurğulayıb.
Xəbərdə, ordu səlahiyyətlilərinin DRDO-nın iki il içində təhvil verilmə məsələsində bəzi inamsızlığın olduğunu, ancaq Hindistan Müdafiə Nazirliyinin xaricdən almaq yerinə, yerli şirkətlərlə üstünlük verdiyi bildirilib.
Müxalifət.az