İsrail, F-35 ilə HÜCUM EDƏN İLK ÖLKƏ OLDU

Baxış sayı:
9025

İsrail ordusu, ABŞ-ın son istehsalı olan kabus döyüş təyyarəsi F-35-lə hücumlar təşkil olunduğunu bildirib.
 
İsrail ordusu, bu gün səhər verdiyi bəyanatla ABŞ istehsalı F-35 döyüş təyyarələri ilə hücumlar təşkil edən ilk ölkə olduğunu açıqlayıb. Sözügedən təyyarələr, görünməz kabus təyyarə kimi tanınır.
 
İKİ HƏDƏFİ VURDULAR
 
İsrail ordusu, rəsmi açıqlamasında bütün Orta Şərq üzərində uçan F-35-lərlə iki hədəfin vurulduğunu bildirib.
 
REGİONDA GƏRGİNLİK DAVAM EDİR
 
Digər tərəfdən, ABŞ, Qvatemala və Paraqvayın Qüdsdə səfirlik açması ilə adu daha körüklədiyi Orta Şərqdə bu gün yenə silah səsləri eşidilib.
İsrail, Qəzza sərhədini keçən Fələstinlilərə tankla hücum  edib. İsrail ordusu, bir tankın Qəzzadakı Həmas hədəflərinə atəş açdığını bildirib.
Müxalifət.az