İsrail ordusuna qarşı TÜRK BAYRAĞI İLƏ ÇIXIDI

Qəzzada keçirilən "Milyonluq Qüds" etiraz aksiyalarınd iştirak edən bir Fələstinli gənc, at belində Türk bayrağı qaldırıb.
İsrail qüvvələri, Qəzzə sərhədində "Milyonluq Qüds" aksiyası keçirən Fələstinlilərə qarşı hücum edərək, biri uşaq olmaqla, 3 Fələstinlinin şəhid edib, 618 nəfəri isə yaralayıb.
Fələstinlilər İsrailin 1967-ci ildə Qərbi Şeria, Şərqi Qüds, Qəzza Zolağı, Sina Yarımadası və Holan Təpələrini işğal etməsilə nəticələnən 6 günlük müharibənin başladığı "Nekseyi" anmaq və "Milyonluq Qüds" mitinqi adı verilən aksiyaya qatılmaq üçün Qəzzanın Şucaiyye məhəlləsinin şərqindəki İsrail sərhədinə yürüş edib.
Aksiyaya qoşulan bir Fələstinli gənc, at belində Türk bayrağını qaldırıb.
Milyonluq "Qüds" aksiyası
Qeyd edək ki, Fələstinlilər, Torpaq gününün 42-ci ildönümünü ilə bağlı 30 martdan bu yana blokada altındakı Qəzza Zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir.
İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-dan bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə həqiqi güllələrlə atəş açır.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi, 30 martda başlayan “Böyük Qayıdış Yürüşü” aksiyalarında 13-ü uşaq, 2-si tibb işçisi və 2-si də jurnalist olmaqla, 120-dən çox Fələstinlinin İsrail əsgərləri tərəfindən şəhid edildiyini, 7451-i həqiqi gülləylə olmaqla, 13 672 Fələstinlinin yaralandığını bildirib.
Müxalifət.az