​İsrail ordusundan İran bəyanatı: “NÖVBƏTİ HÜCUM OLSA…”

Baxış sayı:
5410

İsrail özünün şimal sərhədlərində münaqişə yaratmaqda maraqlı deyil.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib:
“Biz yüksək döyüş hazırlığı vəziyyətində qalırıq və Suriyadakı iranlıların yerdəyişməsini izləyirik. Vəziyyətin gərginləşməsinə çalışmırıq. Amma İrandan növbəti hücum olsa, buna kəskin cavab verməyə hazırıq. Odur ki, biz İranı belə davranmamağa çağırırıq”.
Qeyd edək ki, Suriya tərəfindən atılan raket zərbələri və İsrailin cavabı itkisiz ötüşüb.