İsrail Qüdsdəki Fələstinli BƏDƏVİLƏRİN EVLƏRİNİ DAĞIDACAQ

İsrail Ali Məhkəməsi, işğal altındakı Şərqi Qüdsün ətrafında “Ayırıcı Divarın” digər tərəfində qalan Fələstinli bədəvilərə aid evlərin sökülməsi üçün qərar verib. Xan el-Ahmer Bədəvi İcmasının sözçüsü İyd Cehhalin, məhkəmənin verdiyi bu yekun qərar, burada yaşayan 190 Fələstinlinin torpaqlarından didərgin düşməsinə səbəb olacağını deyib.
İsrail Ali Məhkəməsinin sözügedən qərarının icrası üçün 6 aylıq müddət verildiyini vurğulayan Cehhalin, qərar çərçivəsində, ətrafdakı bədəvi kəndlərindən gələn 170 uşağın təhsil aldığı, Xan el-Ahmer Bədəvi kəndində yerləşən məktəbin da söküləcəyini bildirib.
Digər tərəfdən, “Ayrılıq Divarı” İlə Mübarizə Heyətinin rəhbəri Abdulla Əbu Rəhmət isə bölgədə 3 mindən çox əhaliyə malik 46 bədəvi kəndinin olduğuna işarə edərək, "İsrail, bölgədə yaşayan Fələstinliləri başqa yerlərə köçürərək, Yəhudi yaşayış məntəqəsi inşa etmək istəyir" deyə, söyləyib.
Müxalifət.az