İsrail sərhəddə elə bir hava limanı tikdi ki... - Foto
19-05-2018 19:33
Baxış sayı:
1915

İsrail İordaniya ilə sərhəddə inşa edilən təhlükəsizlik divarının tikintisinin tamamlandığını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, İsraildə gələn aydan istifadəyə veriləcək “Assaf Ramon” hava limanını qorumaq məqsədilə tikilən divarın hündürlüyü 25 metr, uzunluğu isə 5 km-dir.
Dəmir konstruksiyalardan tikilən divar yeni hava limanındakı təyyarələri təhlükədən qorumaq üçün elektron avadanlıqlar və sensorlarla təchiz edilib.
Qeyd edək ki, sözügedən divarın tikintisinə 2015-ci ildə başlanılıb.