İsrail, Türkiyəyə F-35 TƏYYARƏLƏRİNİN VERİLMƏSİNİ ƏNGƏLLƏMƏK İSTƏYİR

Baxış sayı:
3481

İsrailin “Haaretz” qəzeti, İsrailin Türkiyəyə verilməsi planlaşdırılan F-35 təyyarələrinə görə, narahat olduğunu və Türkiyəyə F-35-lərin verilməsini əngəlləmək üçün Amerikalı rəsmilərlə görüşdüyünü yazıb.
 
“Haaretz”-ə danışan yüksək rütbəli bir İsrailli səlahiyyətli, İsrailin F-35-lərə malik yeganə Yaxın Şərq ölkəsi olmağı qarşısına məqsəd qoyduğunu və bu səbəblə Türkiyəyə göndəriləcək F-35-lər məsələsində ABŞ ilə yaxın təmas halında olduğunu bildirib.
Səlahiyyətli, F-35-ə dair detalların digər ölkələrə sızmasından və İsrail ordusunun regional rəqabət səbəbi ilə F-35-lərin Türkiyənin texnoloji səviyyəsini yüksəldəcəyi əndişəsi ilə bunun qarşısını almaq istədiklərini bildirib.
ABŞ və İsrail arasında sözügedən danışıqların mərkəzində F-35-lərin qabiliyyətinin yüksəldilməsinə dair texnologiya transferi də yerləşir. İsrail, ABŞ ilə danışıqları rəsmi olaraq rədd etsə də, Türkiyəyə göndəriləcək F-35-lərin təhvili məsələsini yaxından izlədiyi bilinir.
İsrailin Müdafiə Nazirliyinin rəsmiləri, Türkiyənin F-35-lərin istehsalına sərmayə qoyan az sayda ölkədən biri olmasına görə, Türkiyəyə 100 ədəd F-35 təyyarəsininin təhvilinə əngəl olmanın çox çətin olduğunu deyir.
Müxalifət.az