İsrail vurduğu İran hərbi bazalarının XƏRİTƏSİNİ YAYIMLADI

İran XİN sözçüsü Bəhram Kasımi, İsrailin Suriya ərazisindəki hədəfləri vurmasından sonra beynəlxalq ictimaiyyətin mövqeyinə münasibət bildirib. Kasımi, "Beynəlxalq ictimaiyyətin sükutu İsrail təcavüzkarlığını cəsarətləndirir" deyib. Bu arada İsrail Ordusu Twitter üzərindən vurduğu hədəflərin xəritəsini yayıb.
İran dövlət televiziyasının bildirdiyinə görə, Kasımi, İsrailin təcavüzkarlığına qarşı Dəməşqin özünü müdafiə haqqı olduğunu söyləyərək, beynəlxalq ictimaiyyəti bunu sükutla qarşıladığı üçün ittiham edib.
SURİYA ÖZÜNÜ MÜDAFİƏ ETMƏK ÜÇÜN HƏR HÜQUQA MALİKDİR
Kasımi, "İran, İsrailin Suriyaya hücumlarını şiddətlə qınayır. Beynəlxalq ictimaiyyətin sükutu İsrail təcavüzkarlığını cəsarətləndirir. Suriya özünü müdafiə etmək üçün hər hüquqa malikdir" deyib.
İSRAİL ORDUSU VURDUĞU HƏDƏFLƏRİN PEYK GÖRÜNTÜLƏRİNİ YAYIB
Digər tərəfdən İsrail ordusu (IDF) Suriyada vurduğu İran İnqilab Mühafizəçilərinin xaric əməliyyatlar qurumu “Qüds Gücü”nə aid hədəflərin peyk görüntüləri və xəritəsini yayıb.
Mesajda vurulan nöqtələrin İranın Tel Gharba, Tel Kleb, Tel Nabi Yuşa və Tel Makdaddaki kəşfiyyat qurğuları, “Qüds Gücü”nə aid Kisvə bölgəsindəki hərbi korpus və Dəməşq yaxınlığındakı bir maddi-texniki bazasının olduğu bildirilib. Paylaşılan bir xəritədə də sözügedən maddi-texniki bazanın Dəməşqə 10 km, İsrailə isə 45 km məsafədə olduğu bildirilib.
Müxalifət.az