İsraildə parlament özünü buraxdı!

Baxış sayı:
5350

İsraildə baş nazir Binyamin Netanyahunun yeni koalisiya hökumətini qura bilməməsindən sonra 17 sentyabrda yenidən erkən seçkiyə gedilməsi qərarı alınıb.
 
Parlamentdə edilən səsvermədə Məclisin özünü buraxaraq erkən seçkiyə gedilməsini nəzərdə tutan qanun 45 əleyhinə, 74 lehinə olmaqla, qəbul edilib.
Qeyd edək ki, İsraildə 9 apreldə keçirilən erkən seçkilərdə heç bir partiya 120 yerlik Məclisdə tək başına iqtidara gəlmək üçün lazım olan 61 millət vəkilini əldə edə bilməmişdi.
İsrail prezidenti Reuven Rivlin seçkidən az fərqlə birinci çıxan baş nazir Netanyahuya keçən ay koalisiyasnı qurma vəzifəsni vermişdi.
Netanyahu Məclisə girməyi bacaran 5 sağ partiya ilə koalisiya hökuməti qurmaq üçün görüşmələrə başlamışdı.
Ancaq Məclisdə 5 millət vəkilinə sahib olan Liberman liderliyindəki İsrail Evimizdir Partiyası Netanyahu liderliyindəki sağçı hökumətə qatılmaq üçün ultra-Ortodoks (Haredi) Yəhudilərinin də əsgəri xidmətə çağrılmasını təmin edən qanunun məclisdən keçməsini şərt qoymuşdu.
Qanuna koalisiyada iştirak etməyi qəbul edən ultra-Ortodoks Yəhudilərini təmsil edən 8 millət vəkilinə sahib "Şas" ilə "Yəhudi Birləşmiş Tövrat" Partiyasının qarşı çıxması səbəbiylə Liberman koalisiya hökumətinə qatılmağı rədd etmişdi.
Bu səbəblə Netanyahunun qurmaq istədiyi koalisiyadakı 5 sağ partiyanın deputat sayı 60-da qalaraq lazımlı 61 millət vəkilinə çata bilmədiyi üçün hökumət qurula bilmədi.
Müxalifət.az