İsraildən ABŞ və NATO-ya Türkiyə əleyhinə çağırış

Baxış sayı:
4885

İsrailin Təhlükəsizlik Kabinetinin üzvü və Ekologiya naziri Zeev Elkin Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alışına işarə edərək ABŞ və NATO-ya "inkişaf etmiş silahlara sahib olmağa çalışan Türkiyəyə etibar etməmək" çağırışı edib.
 
İsrailli nazir Elkin paytaxt Təl Əvivdəki proqramına qatıldığı yerli bir radio kanalında, ABŞ-ın Arizona əyalətindəki Luke Hava bazasında təhsil alan Türk F-35 pilotlarının uçuşlarını dayandırma qərarını dəstəklədiyini açıqlayıb.
 
'TÜRKİYƏYƏ ETİBAR ETMƏYİN'
 
Elkin Türkiyənin inkişaf etmiş silahlara sahib olmağa çalışdığına diqqəti çəkərək "ABŞ və NATO inkişaf etmiş silahlara sahib olmağa çalışan Türkiyəyə gözləri bağlı bir şəkildə güvənməməlidir" deyib.
Avropa yönünün artıq Türkiyənin strateji hədəfi olmadığını və hətta NATO üzvlüyünün belə bir mənasının qalmadığını deyən Elkin, bunları söyləyib:
"Türkiyənin strateji yönü artıq Avropa deyil, NATO üzvü olmasına baxmayaraq NATO üzvlüyü belə deyil. Türkiyənin strateji yönü müstəqil bir siyasətlə Müsəlman bir ölkə olaraq İslam dünyasında yerini almaqdır".
Qeyd edək ki, ABŞ-ın Arizona əyalətindəki Luke Hava Bazasının komandiri general Tod Canterburyun 11 iyunda hava bazasında təhsil alan Türk F-35 pilotlarının uçuşlarını "təhlükəsizlik səbəbiylə" dayandırdığını bildirmişdi.
 
ƏRDOĞAN NÖQTƏNİ QOYMUŞDU!
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da çərşənbə günü partiyasının baş ofisində reallaşdırılan qrup yığıncağında, "Türkiyə S-400 müdafiə sistemlərini alacaq, demirəm, alıb, deyirəm. Biz bu işi bitirdik" demişdi.
Müxalifət.az