İsrailin döyüş təyyarələri Suriyanı vurdu!
1-07-2019 11:21
Baxış sayı:
10012

İsrailin döyüş təyyarələrinin Suriyada Əsəd rejiminin nəzarətindəki bölgələrə hava hücumu təşkil etdiyi iddia edilib.
Suriya rejiminin rəsmi xəbər agentliyi SANA-da gedən xəbərə görə, İsrail təyyarələri Livan hava sahəsindən paytaxt Şamın bəzi ucqar yerləri ilə Humus şəhərindəki hərbi hədəfləri bombalayıb.
Hücumlarda ən az 4 mülki insanın həyatını itirdiyi, 21 nəfərin də yaralandığı qeyd edilib. Ölən insanlar arasında bir körpənin, yaralılar arasında da uşaqların olduğu irəli sürülüb.
İsrail mövqeləri mövzu ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İsrail təyyarələri 12 iyunda da ölkənin cənubunda rejimə aid bir hərbi hədəfi bombalamışdı.
Müxalifət.az