​İsrailin kəşfiyyat təyyarələri Beyt Hanuna hücum etdi

Baxış sayı:
3703

İsrailə aid kəşfiyyat təyyarəsi Qəzzanın şimalında yerləşən Beyt Hanun bölgəsinə hava hücumu təşkil edib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Fələstin Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, martın 30-dan bu günə qədər davam edən "Böyük qayıdış yürüşü" zamanı 13-ü uşaq, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla, ümumilikdə 120-dən çox fələstinli israil əsgərləri tərəfindən öldürülüb, 14 min nəfərə yaxın yaralanıb.
Qeyd edək ki, ötən gün 1948-ci ildə İsrailin işğal etdiyi ərazidən qovulan fələstinlilərin 30 martdan başlatdığı və hər cümə günü keçirilən "Böyük Qayıdış yürüşü"nün 11-ci həftəsi baş tutub.