​İstanbul da ayağa qalxı: İsrailə etiraz - Foto

Baxış sayı:
6877

Türkiyənin İstanbul şəhərində ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq aksiya keçirilib.
Muxalifet.az xəbər verir ki, "Taksim" meydanında keçirilən aksiyada yüzlərlə insan iştirak edib.
Xatırladaq ki, bu gün ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimi keçirilib. Buna etiraz edən fələstinlilərə qarşı İsrail ordusunun müdaxiləsi nəticəsində 41 nəfər ölüb, 1700 nəfər yaralanıb.