İstanbulda 11 avtomobil bir-birinə girdi - Ölən və yaralananlar var
23-02-2019 09:48
Baxış sayı:
4081

İstanbulun Qozyatağı səmtində 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, qəza bir avtomobilin sürücünün idarəetməsindən çıxması nəticəsində meydana gəlib. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Qəza yerinə çoxlu sayda təcili yardım briqadaları və polis cəlb edilib. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
Magistral yolda nəqliyyatın hərəkəti yarım saat dayanıb və yolda böyük tıxac yaranıb. Avtomobillər evaukatorlarla daşındıqdan sonra hərəkət yenidən bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.