​İstanbulda 150 hərbçi SAXLANILDI

Baxış sayı:
4444

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda FETÖ terror təşkilatilə əlaqədə şübhəli bilinən 150 hərbçini həbs edib.
"Anadolu" agentliyi xəbər verir ki, ümumilikdə 300 nəfərə qarşı həbs orderi çıxarılıb, onlardan 211 nəfəri fəaliyyətdə olan hərbçilərdir.
Həbs olunanlar 2016-cı il 16 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilirlər.