İstanbulda böyük yanğın! Ölü və yaralılar var
27-05-2019 08:48
Baxış sayı:
8950

İstanbulda Kadıköy Fikirtəpədə meydana gələn yanğında ölən və yaralananlar olduğu bildirilib.
Əldə edilən məlumata görə, Özbey Prospektində olan “şəhərə çevrilmə” layihəsi çərçivəsində boşaldılmış 3 mərtəbəli binada yanğın başlayıb. Ətrafdakı 3 fərqli binaya sıçrayan yanğına çox sayda xilasetmə və təcili yardım sövq edilib. Hadisə yerinə gələn xilasetmə qrupları 4 və 5 mərtəbəli binaların üst mərtəbələrində qapalı qalan insanları nərdivan ilə qurtararkən, sürətli şəkildə yayılan yanğına müdaxilə edin. Yanğın əsnasında alovlardan xilas ola bilməyən bəzi insanların həyatını itirdiyi bildirilib. Yanğın söndürmə işləri davam edir.
Müxalifət.az