İstefa verən İran XİN rəhbəri ilk dəfə danışdı

Baxış sayı:
5419

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefasının prezident Ruhani tərəfindən qəbul edilməməsindən sonra etdiyi açıqlamada, "Xarici siyasətimizi inkişaf etdirmək, İran xalqının hüquq və maraqlarını beynəlxalq arenada müdafiə etməkdən başqa bir narahatçılığım olmayıb. Xarici İşlər Nazirliyinin hər kəsin dəstəyi ilə Konstitusiya, ölkədəki qanunlar və ümumiyyətlə siyasət çərçivəsində vəzifəsini layiqincə yerinə yetirməsini arzulayıram" deyib.
 
Zərif sosial media hesabından verdiyi açıqlamada, son 30 saat ərzində ona verdikləri dəstəyə görə, nümayəndələrə və İran xalqına təşəkkür edib.
 
Zərif rəsmi qarşılanma mərasimində iştirak edib
 
 Digər tərəfdən, Zərif İranda rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan üçün səhər saatlarında paytaxt Tehrandakı Sadabad Sarayında keçirilən rəsmi qarşılanma mərasimində iştirak edib.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani srağagün istefa verdiyini açıqlayan Zərifə xitabən qələmə aldığı və prezidentin saytında dərc olunan açıq məktubda "ölkənin diplomatik orqanları, hökumət və hətta xalq tərəfindən seçilən prezidentinə qarşı təzyiqlərin fərqində olduğunu" bildirərək "Sizi ABŞ-ın çox istiqamətli sanksiya təzyiqlərinə qarşı müqavimətin ən ön cərgəsində görürəm. O üzdən istefanızdan ölkənin maraqlarına zidd sayır və qəbul etmirəm" deyə qeyd etmişdi.
Müxalifət.az