İtaliya: Yalnız NATO buna qadirdir
9-06-2018 19:36
Baxış sayı:
3391

Yalnız NATO Aralıq dənizi regionunda təhlükəsizliyi təmin etmək gücündədir.
Muxalifet.az xəbər verir ki, bunu “Messaggero” qəzetinə müsahibəsində İtaliya Müdafiə naziri Elizabetta Trenta deyib.
“NATO-nun daha sürətli olmasına ehtiyac var. Aralıq dənizində biz əsas geosiyasi maraqlara sahibik və kollektiv təhlükəsizliyin təminatında öhdəliklərimizi icra etməyə hazırıq. Yalnız NATO bu regiondan gələn təhdidlərin qarşısını almaq gücündədir”, – deyə o bildirib.