Jurnalistin ölümünə görə BAŞ NAZİR İSTEFA VERDİ – Kütləvi etirazlar Fikonu vəzifədən getməyə vadar etdi
16-03-2018 11:19
Baxış sayı:
3016

Slovakiyanın baş naziri Robert Fiko istefa verib.
Buna səbəb jurnalist Jan Kalinyakın ölümündən sonra ölkədə başlayan kütləvi etiraz aksiyaları olub.
Hakim partiya təmsilçilərinin, ölkənin önəmli şəxslərinin qarışdığı saxtakarlıq və korrupsiya ilə bağlı araşdırmalar aparan 27 yaşlı Jan Kalinyak və nişanlısı Martina Kusnirova fevralın 26-da silahlı hücum nəticəsində öldürülmüşdü. Bundan sonra kütləvi aksiyalar başlayıb. (Qaynarinfo)