Kafedə QANLI DAVA: Azərbaycanlı rusiyalı çempionu öldürdü
27-06-2019 17:09
Baxış sayı:
3112

Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.
Hadisə iyunun 25-də Tolyattidəki “Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava-dalaş zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.
Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.