“Kiçik bir səhv NATO üzvləri arasında müharibəyə SƏBƏB OLA BİLƏR” - “FİNANSİAL TİMES”

Baxış sayı:
4648

“Financial Times” qəzeti, ABŞ-ın Suriya siyasətində nümayiş etdirdiyi ziddiyyətlərin artıq davam etdirilə bilməyəcəyini və terror təşkilatı PKK/PYD-yə verdiyi dəstəyin NATO ölkələri arasında birbaşa müharibəyə səbəb ola biləcəyi xəbərdarlığını etdib.
 
ABŞ-ın başlanğıcda terror təşkilatı PKK/PYD-ni dəstəklədiyini, ancaq bunun Türkiyənin təpkisini çəkdiyini ifadə edən qəzet, "Meydançadakı ən kiçik bir hesablama səhvi, NATO üzvləri arasında birbaşa müharibəyə səbəb ola bilər" deyə, qeyd edib.
Financial Times, həmçinin bu dəyərləndirmələrə yer verib:
“Moskvanın bu qarışıqlıq içindəki qana bulaşmış investisiyanın zərərini necə kompensasiya edəcəyini də görmək çətindir. Keçən il Rusiya prezidenti Vladimir Putin qələbə elan edəcək qədər özündən əmin idi. Ancaq Suriya hazırda idarə edilməyən bir vəziyyətdədir və həyatda qalmaq üçün Moskva və Tehrana heç olmadığı qədər bağlıdır".
“Bu partlamağa hazır şərait içində, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının atəşkəs qərarı müsbətdir, ancaq yaranın sarğısı olmaqdan o tərəfə keçmir və o sarğının nə qədər etibarlı bağlandığı da bəlli deyil. Beynəlxalq forumun qəbul edəcəyi daha uzun müddətli bir atəşkəs olmadıqca, bu qərarın təzyiqi aşağı salmaqda çox az təsiri olacaq".
“Bütün bunlar, daxili müharibənin 7-ci ilində Suriyadan geriyə qalanları da regional bir yanğın yerinə çevrilmə təhlükəsi daşıyır".
Müxalifət.az