Kim Çen İn dizlərini yerə qoyaraq Trampa belə yalvardı - Quiliani
6-06-2018 23:56
Baxış sayı:
6808

ABŞ Prezidenti Donald Trampın 12 iyunda Sinqapurda nəzərdə tutulan zirvə sammitinin ləğv edilməsi ilə bağlı qərarından sonra Şimali Koreya lideri Kim Çen İn toplantının baş tutması üçün Ağ Ev rəhbərinə yalvarmışdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Nyu Yorkun keçmiş bələdiyyə sədri Rudi Qiuliani deyib.
O bildirib ki, Kim Çen İnin ardıcıl təhqirlərindən sonra Trampın sammiti ləğv etməkdən başqa çarəsi qalmamışdı:
“Kim Çen İn dizlərini yerə qoyaraq sammit üçün yalvardı”.
Qeyd edək ki, Tramp bir müddət əvvəl sammitin ləğv ediləcəyini elan etsə də, daha sonra Ağ Ev sammitə aktiv şəkildə hazırlıqların getdiyini bildirmişdi.