"Kim Çen" Vyetnamdan qovuldu, "Tramp" qaldı - Foto

Baxış sayı:
4912

Şimali Koreya lideri Kim Çen İnin bənzəri avstraliyalı komediyaçı Hovard X Vyetnamdan deportasiya edilib.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, komediya ustası Vyetnamın paytaxtı Hanoyda yerləşən hava limanında jurnalistlərin suallarını cavablandırıb və Şimali Koreyanı tənqid edib:
"Şimali Koreyalıların yumor anlayışı yoxdur. Yumor, diktatorluğa qarşı ən güclü silahdır".
Hovard X-dən fərqli olaraq, ABŞ Prezidenti Donald Trampın bənzəri Rasl Vaytın ölkədə qalmasına icazə verilib.
Qeyd edək ki, Donald Tramp və Kim Çen İn 27-28 fevralda Hanoyda görüşəcək. Tərəflərin ilk görüşü 12 iyun 2018-ci ildə Sinqapurda görüşmüşdü. Həmin dövrdə Hovard X Sinqapurdan da qovulmuşdu.