Kim Çendən Trampa jest – ÜÇ NƏFƏR...
10-05-2018 10:22
Baxış sayı:
5131

Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampın xahişini yerinə yetirib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Rönhap” agentliyi məlumat yayıb.
Kim Çen İn Trampdan saxlanılan amerikalıların azad edilməsi barədə rəsmi təklif alıb. O, amerikalıların əfv edilməsinə dair fərman verib.
Saxlanılanların hər üçü Cənubi Koreya əsilli ABŞ vətəndaşlarıdır.
Qeyd edək ki, ABŞ prezidenti mayın sonu, iyunun əvvəllərində Şimali Koreya lideri ilə görüşmək niyyətindədir.