​Kiyevdə rusiyalı diplomat belə TƏHQİR OLUNDU

Baxış sayı:
5563

Ukrayna C14 qrupunun radikalları Rusiyanın Kiyevdəki Rusiya Əməkdaşlıq Təşkilatının rəhbəri Konstantin Vorobyovu “zelyonka” və nəcisə bulayıblar. Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, rusiyalı diplomat bu gün Qələbə bayramı münasibətiylə müharibədə həlak olanların xatirəsinə ucaldılan abidənin qarşısına gül qoymağa gedirmiş. Bu dəmdə diplomat evinin yanında onun gözləyən 8 radikalın hücumuna məruz qalıb. Onlar Vorobyovun üzünə və üst-başına “zelyonka” atıblar. Baş verənlərə münasibətini bildirən diplomat “həyatımda ilk dəfədir ki, önəmli günü- “Qələbə bayramı”nı dostlarım və həmkarlarımla layiqincə qeyd edə bilmirəm” deyib. Az sonra radikallar olayın video və fotolarını sosial şəbəkədə yayıblar.