​"Kənddən 5-6 milyard qazana bilərik" - DEPUTATDAN TƏKLİF

Baxış sayı:
2833

Monopoliya kənd təsərrüfatına yaxın buraxılmamalıdır. İri təsərrüfatlar yaxşı işləyən kiçik təsərrüfatları sıradan çıxarmamalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Əli Məsimli "Torpaq icarəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bununla da kənd təsərrüfatının icarə haqlarının büdcəyə daxil olması təmin edilməlidir:
 “Sovet dövründə hər bir bölgədə əkilən məhsulla bağlı yaxşı ixtisaslaşma var idi. Bu gün isə bu məsələdə plansızlıq var. Hesab edirəm ki, planlı şəkildə əkin olsa, yaxın gələcəkdə 5-6 milyard dollar vəsait qazana bilərik. Fermerlərə qanunla qadağan edilməyən sahələrdə inkişafa, xaricə çıxışa imkan verilsə, kənd təsərrüfatı inkişaf edər. Həm əhalini kənd təsərrüfatı məhsulları ilə təmin edərik, həm də büdcəyə əlavə gəlir gələr. Bu ölkə əhalisinin 47 faizinin yaşayışının yaxşılaşmasına imkan verər”.
Millət vəkili Qüdrət Həsənquliyev isə dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarının hərrac yolu ilə satışınin təmin edilməməsinin doğru olmadığını deyib: “Qanunda göstərilib ki, bu torpaqların alınması üçün vətəndaş hər hansı quruma müraciət etməlidir. Bu maddədə dəyişikliyə ehtiyac var”.