​Koalisiya hücum etdi: bir ailənin 12 üzvü öldürüldü

Baxış sayı:
11959

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın Haseke şəhərinə havadan hücum təşkil edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Təşkilatı yayıb. Məlumata görə, hücum nəticəsində bir ailənin 12 üzvü həyatını itirib.
Qeyd edək ki, koalisiyanın hesabatında 2014-ci ilin avqustundan 2018-ci ilin aprelinə qədər 29 min 358 dəfə hücum təşkil edildiyi qeyd edilib. Bu hücumlarda 892 mülki vətəndaşın öldüyü bildirilib.