Koalisiyadan etiraf: 892 dinc sakini öldürdük
31-05-2018 22:42
Baxış sayı:
1318

ABŞ-ın İŞİD-ə qarşı başçılıq etdiyi koalisiya 2014-cü ildən bəri Suriya və İraqda təşkil etdiyi hərbi əməliyyatlarda 892 dinc sakin ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə koalisiyanın hesabatında deyilir.
Bildirilib ki, 2014-cü ilin aprelindən 2018-ci ilədək 29 min 358 hücum təşkil edilib.
Qeyd edək ki, koalisiya bundan öncə də bir neçə dəfə hücumlarda dinc əhalinin öldüyünü bəyan etmişdi.