Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırdı

Baxış sayı:
4822

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb: "Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”. Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Köçəryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi. Koçaryanın azadlığa buraxılmasını qondarma Dağlıq Qarabağ Respublikasının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan dəstəkləmişdi. Qeyd edək ki, Köçəryan 2018-ci il iyulun 27-dən həbsdə idi.