Komitə sədri deputatların maaşının artdığını təsdiqlədi: "Bunu dövlətimizin böyük qayğısı hesab edirik"
8-03-2019 11:29
Baxış sayı:
5290

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deputatların maaşının artırılmasını təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, İsa Həbibbəyli "Yeni Müsavat”a açıqlamasında deputatların maaş artımını belə şərh edib:
- Maaşınız artıb, deyirlər. Təbrik etmək olarmı?
- Minnətdarlığımızı bildiririk.
- Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?
- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...