Komitə sədrinin maşın qalmaqalında KATİBİN SƏHVİ - Foto

Baxış sayı:
11413

Diasporla İş üzrə Dövlət Komitəsinə aid rəsmi “AA” seriayalı avtomobilin piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində park edilməsi kifayət qədər etiraza səbəb oldu. Komitənin mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı məlumat isə növbəti polemikalara imkan yaradıb.
Komitəsinin mətbuat katibi Elşad Miraləmin yaydığı açıqlamada bidirib ki, əslində avtomobil pandusun üzərinə çıxarılmayıb. Daha sonra əlavə edib ki, bir avtomobili pandusun üzərinə çıxarmaq fiziki baxımdan da mümkün deyil.
E.Miraləmin açıqlamasından sitat:
“Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar?”
Məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşən ekspertlər hesab edir ki, Komitənin mətbuat xidmətinin katibi pandusun əslində nə demək olduğunu bilmir və ya qarışdırır. Ekspertlər hesab edir ki, pandusun üzərinə bir avtomobilin çıxması üçün heç bir fiziki gücə ehtiyac yoxdur. Çünki pandus yerdən bir qədər qabarıq formada quraşdırılmış, fiziki qüsurlu vətəndaşlar üçün nəzərdə tutulmuş bir şeydir. Görünür, mətbuat katibi “pandus” dedikdə səkini nəzərdə tutub.
Yol-nəqliyyat ekspertlərinin fikrincə, avtomobilin piyadalar üzün nəzərdə tutumuş səkiyə hansı formada çıxmasından asılı olmayaraq, burada qanun pozuntusu baş verib:
 “Bina ilə qarşı-qarşıya yolun kənarından səkiyə avtomobillərin qalxması üçün yer var. Mətbuat xidməti bildirib ki, avtomobil oradan qalxıb. Lakin avtomobillərin dayanmasının qadağan və cərimə olduğu yerə avtomobillərin çıxması üçün yer qoyulması doğru deyil. İstər pandusun üzərindən gedərək, istərsə də kənardan istifadə edərək avtomobilin səkiyə çıxması qanun pozuntusudur”.
Belə məqamda qanunun tələbi isə konkretdir. “Yol hərəkəti haqqında” qanunun 52, 53-cü maddələrində bu açıq şəkildə qeyd olunub.
Qanuna əsasən, səkidə avtomobil saxlayan şəxslər 20 manat cərimə olunur. Həmçinin, əraziyə yaxın yerdə evakuator varsa, avtomobil cərimə meydançasına aparılmalıdır. 
Qanunun 53-cü maddəsində deyilir:
I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.
II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır./axar/