Körfəzdə kim vurdu, kim vuruldu? - TƏHLİL

Baxış sayı:
5242

Yasin Aktay
 
Bir müddətdir suları isidilməyə çalışılan Körfəzdə ötən ay hardasa bir partlayış nöqtəsinə gəlindiyi havası əsirdi. Daha əvvəl nüvə razılaşmasını ləğv etməklə yetinməyib, İrana qarşı lazım olsa, sürətli hücum reallaşdıra biləcəyi təəssüratı da verməkdə olan ABŞ-ın gərginliyi artırma siyasətinin sonunun hara çatacağı mövzusunda görünənə aldanmamaq lazım olduğu barəsində xəbərdarlıqlar etmişdik.
 
Körfəzdə qazanlar hər vaxt qaynardır, amma bu qazanlarda kimin qaynadılacağı əvvəldən çox da müəyyən olmaz. İndiyə qədər nə vaxt qazan qaynadısa, hədəfi əvvəlcədən elan ediləndən fərqli oldu. Bu səfər də fərqli olacağına dair bir zəmanət yoxdur.
Hərçənd, ABŞ İrana qarşı tətbiq etməkdə olduğu sanksiyaların içinə ilk dəfə bu qədər sərt bir şəkildə neftini satmasının bütün yollarını bağlamağı qoymuşdu.. İran isə hardasa tək gəlir mənbəyinin bağlanması mənasını verən bu sanksiyaya qarşı lazım olsa, Hörmüz Boğazından bütün neft ixracatını dayandıra biləcəyini və buna gücü olduğunu elan edərək meydan oxumuşdu. Bu açıqlama gərginliyi artırmaqda ABŞ-ı tək buraxmayan, ona da hücum fürsəti doğuran bir reaksiya idi və təsirləri bütün qitədə hiss ediləcək təhdidlərə eyham edirdi. Nəticədə dünya neftinin 40 faizi bu boğazdan keçir, zarafatı belə xoş deyildi bunun.
Ancaq artıq qaçınılmaz hala gəldiyi düşünülən gərginlik tərəflərdən müqabil hücumların gəlməməsiylə birlikdə, zamanla soyumağa başladı. Araya Avropa və İran arasındakı diplomatik təmaslarla, İranın mühiti yumşaldan ifadələri girdi və bir müddətdir gözləntilər tərs istiqamətdə, yəni normallaşma istiqamətində təkrar gəlişmə başlanmışdı.
Bu gözləntiləri daha da gücləndirən bir gəlişmə cümə axşamı Yaponiyanın baş naziri Abe Şinzonun Tehran ziyarəti və İranın ruhani lideri Əli Xamneyi ilə bir araya gəlməsi oldu. Ancaq tam bu anda soyuyan qazanın altına bir neçə odun atdıran bir hadisə yaşandı. Yaponiyaya neft daşıyan iki tanker Hörmüz Boğazının çıxışında hücuma uğradı. Yəni Yaponiyanın baş naziri İranın mənəvi lideriylə uzlaşdırıcı, vasitəçi bir görüş baş verərkən bu hücum reallaşdı.
Biri Panama bayraqlı “Kokuka Courageous” və Marşal Adaları bayraqlı “Front Altair” adlı iki neft tankeri BƏƏ və Səudiyyə Ərəbistanından Singapura doğru yol alarkən bu hücuma məruz qalmışdı. Bu hücumdan sonra neft qiymətlərində dərhal 3 faizlik bir artım meydana gəldi. Amma göründüyü kimi, hücumu boynuna götürən yoxdur, yəni bir məchul şübhəli var ortada, bu səbəbdən bütün bu məchul məsələlərdə soruşulması bir sual ağla gəlir: Kimin işinə yarayır belə bir hücum?
İran onsuz da lazım olsa, bunu edəcəyini, haqqını qoruyacağı ilə bağlı meydan oxuyaraq söyləmişdi, ancaq bu hadisəsəni boynuna götürməməsi və onsuz da mövcud vəziyyətdə ABŞ ilə müharibəyə dəvət mənasını verəcək belə bir addımı atması İran baxımından heç də məqbul deyil. Üstəlik, Yaponiya baş nazirini tam da müharibə səslərini susdurma ümidiylə qəbul etdiyi əsnada.. Yenə də üstəlik, Yaponiya gəmilərini hədəf alacaq şəkildə bunu etməsi İranın ağılını itirməsi anlamına gəlir ki, bu da İran dövləti adına heç də məntiqli deyil.
Halbuki ABŞ Xarici İşlər naziri Mayk Pompeo hər kəsin ağılını itirdiyini düşünməkdən çəkinmədi. Bu partlayışdan daha heç bir araşdırmaya ehtiyac duymadan dərhal İranı məsul tutdu. Pompeo bu qiymətləndirməni kəşfiyyat məlumatları, istifadə edilən silahlar, hücumun reallaşması üçün lazım olan əməliyyat məlumatının səviyyəsi kimi bir çox nöqtəyə söykəyərək dediyini mövzunu BMT Təhlükəsizlik Şurasına daşıyacaqlarını da əlavə etdi.
Körfəzdə suların soyuması hələ istənmir, amma əsl hədəfin nə olduğu, buna baxmayaraq zənn edildiyi kimi, çox açıq deyil. İran neftinin və ya ümumiyyətlə Körfəzdən neft daşınmasının davamlı bu isti təlükə altında tutulmasının kimə nə faydası, kimə nə zərəri olacaq, yaxşı hesablamaq lazımdır. Bəzən bu cür addımların bumeranq təsiri edəcəyini də unutmamaq lazımdır.
Müxalifət.az