​Kral ailəsində toy: 30 min polis, məşhurlar və fantastik rəqəmlər

Baxış sayı:
1774

Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklinin toy mərasimində təhlükəsizliyin təmin edilməsi üçün 30 min ingilis polisi xidmət göstərib.
Muxalifet.az xəbər verir ki, “St George Şapeli”də baş tutan nikah mərasiminə kral ailəsinin bütün üzvləri qatılıb. Cütlük rəsmi mərasimdən sonra at arabası ilə şəhərin küçələrindən keçərək xalqı salamlayıb.
Toy mərasiminə cütlüyün ailə üzvləri, qohumları və dostlarından əlavə, xalq arasından 2640 nəfər çağrılıb. Dəvətlilər arasında məşhur tennisçi Serena Villiams, Amal-Corc Kluni və Viktoriya-Devid Bekhem cütlükləri də yer alıb.
Harri və Meqan evlənərək ingilis əsilzadələrinə verilən ən yüksək statusa - Susseks hersoqu tituluna yiyələnib. Cütlüyün Londondakı Kensinqton sarayında yaşayacağı gözlənilir.
36 yaşındakı Meqan Markl isə kraliyyət qaydalarına görə bundan sonra karyerasını sonlandıraraq həyat yoldaşı və yeni ailəsi ilə birgə xeyriyyə tədbirlərində iştirak etməlidir.
Qeyd edək ki, taxt-tacın 6-cı varisi 33 yaşındakı Harri şahzadə Çarlz ilə 1997-ci ildə avtomobil qəzasında həlak olan şahzadə Diananın ikinci övladıdır.