Kreml S-400 məsələsinə nöqtə qoydu - GECİKMƏ MƏSƏLƏSİ...

Kremlin sözçüsü Dimitriy Peskov S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə təhvil verilməsi müddətinin planlanan təqvim istiqamətində irəlilədiyini və hər hansı bir gecikmənin söz mövzusu olmadığını ifadə edib.
Kremlin sözçüsü Dimitriy Peskov jurnalistlərə etdiyi açıqlamada, "Türkiyənin tələbi ilə S-400-lərin təhvil verilməsinin önə çəkildiyini xatırladıb. Təhvil verilmə müddətinin planlanan təqvim istiqamətində irəlilədiyini ifadə edən Peskov, "Hər şey planlandığı şəkildə irəliləyir və hər hansı bir gecikmə söz mövzusu deyil" deyib. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir müddət əvvəl etdiyi açıqlamada, ABŞ-ın Türkiyənin S-400 almasını istəmədiyi və bu mövzuda müddət verdiyinə yönəlik iddiaların gerçəyi əks etdirmədiyini söyləmişdi.
Müxalifət.az