“Krımın işğalına hərbi yolla son qoymaq mümkün deyil” – MUSTAFA CƏMİLOĞLU

Baxış sayı:
1477

Krım Tatar xalqının ümummilli lideri Mustafa Cəmiloğlu (Abdülcəmil Kırımoğlu), yarımadanın azad edilməsinin açarının Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sərtləşdirilməsi olduğunu ifadə edib.
 
 Krım Tatar xalqının milli lideri, Ukrayna prezidentinin Krım Tatarları Üzrə rəsmisi, Ukraynanın millət vəkili Mustafa Abdülcəmil Kırımoğlu, hərbi yolla Krımın işğalına son verilməsinin mümkünsüz olduğunu bildirib.
Məsələ ilə bağlı açıqlama verən insan haqları müdafiəçisi Tatyana Peçonçikin bildirdiyinə görə, Mustafa Abdülcəmil Kırımoğlu, bu fikri, Toronto Universitetində keçirilən Krım Tatarlarına təzyiq və Rusiya tərəfindən işğal edilən Krımda digər insan haqları pozuntuları ilə bağlı tədbir əsnasında bildirib.
 
RUSİYA, KRIMA NÜVƏ SİLAH YERLƏŞDİRİB
 
Peçonçikin bildirdiyinə görə, Kırımoğlu, həmçinin Rusiyanın Krıma Yaltanın Kızıltaş kəndinin yaxınlığında nüvə silahi yerləşdirdiyinə dair məlumatların olduğunu bildirib.
 
SANKSİYALARI SƏRTLƏŞDİRƏRƏK İŞĞALA SON VERMƏK OLAR
 
İşğala sülh yolu ilə son qoyulmasının lazım olduğunu vurğulayan Kırımoğlu, bunun açarının Rusiyaya qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi olduğunu ifadə edib.
Krım Xəbər Agentliyinin bildirdiyinə görə, Kırımoğlu, "Krım 4 ildir işğal altındadır. İşğalın bu qədər uzun davam edəcəyini düşünmürdük. Krımın işğalına hərbi yolla son qoyulması imkansızdır, çünki Rusiyanın yarımadada Kızıltaş bölgəsinə nüvə silah yerləşdirdiyinə dair məlumatlar var. İşğala dinc yolla son qoyulmalıdır, bunun açarı isə Rusiyaya qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsidir" deyə, qeyd edib.
Müxalifət.az