Kəşfiyyat rəhbəri açıqladı: Sarkozi Qəddafidən 8 milyon dollar aldı!

Baxış sayı:
6895

Liviyanın keçmiş lideri Muammər Qəddafinin Kəşfiyyat rəhbəri Abdullah əs-Sennusi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin seçki kampaniyası üçün Qəddafidən 8 milyon dollar aldığını açıqlayıb.
 
Fransız xəbər saytı “Mediapart”-ın xəbərinə görə, Fransız hakimləri Liviiyanın keçmiş lideri Muammer Qəddafinin kəşfiyyat rəhbəri Abdullah əs-Sennusi ilə görüşüb.
 
8 milyon dollar yardım aldı!
 
Görüşdə, Sennusi-nin Qəddafinin seçki kampaniyası üçün Sarkoziyə 8 milyon dollar yardım etdiyini Fransız hakimlərə dediyi qeyd olunub.
Qəddafinin Sarkoziyə pul transferini şəxsən özünün idarə etdiyini deyən Sennusi, "Sarkoziyə verilən bu ödənişlər qarşılığında Qəddafinin beynəlxalq imicinin düzəldilməsi, Qəddafi və köməkçiləri haqqındakı iddialara xitam verilməsi, saxlanılma əmrlərinin dayandırılması mövzusunda söz verilmişdi" deyə söyləyib.
Sarkozinin 2007-ci ildə vəzifəyə gəlməsindən sonra Qəddafi Fransada görkəmli bir şəkildə qonaq olaraq qəbul edilmişdi.
Müxalifət.az