Kürdə batan 11 yaşlı oğlanın meyiti tapıldı
9-06-2018 23:04
Baxış sayı:
4249

İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun meyiti aşkarlanıb.
Muxalifet.az APA-ya istinadla xəbər verir ki, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub.
Meyit FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.