Kürd Peşmergələri hərbi komandanlıqdan uzaqlaşdırıldı

Baxış sayı:
2308

İraq Birgə Əməliyyatlar Komandanı general-polkovnik Abdulemir Yaralla, “Kərkükün təhlükəsizliyini təkcə Federal güc təmin edəcək. Qurulacaq Kərkük Əməliyyatlar Komandanlığında Peşmərgə olmayacaq” deyib.
 
Mərkəzi hökumətə bağlı İraq ordusu, polis və federal gücün yer alacağı Kərkük Əməliyyat Komandanlığının qurulacağını bildirən Yaralla, “Qurulacaq Kərkük Əməliyyatlar Komandanlığında Peşmərgə olmayacaq” deyib.
Kərkükün şəhər mərkəzi, istərsə də rayon sərhədinin təhlükəsizliyinin yalnız mərkəzi Bağdad hökumətinə bağlı federal güc tərəfindən təmin olunacağını dilə gətirən Yaralla, şəhərin təhlükəsizlik sisteminə heç bir gücün ortaq olmayacağını deyib.
Yaralla İraqda son günlər, xüsusilə sosial mediada yer alan Peşmərgə qüvvələrinin yenidən Kərkük və digər mübahisəli ərazilərə geri gətiriləcəyi iddialarının əsassız olduğunu vurğulayıb.
Qeyd edək ki, İraq mərkəzi hakimiyyətinə bağlı qüvvələr 16 oktyabr 2017-ci ildə Kərkükə girərək şəhərdəki Peşmərgə varlığına son verib.
Müxalifət.az