LAVROV KİM ÇENLƏ GÖRÜŞƏCƏK
30-05-2018 11:55
Baxış sayı:
8218

Rusiya XİN rəhbəri Sergey Lavrov Koreya Xalq Demokratik Respublikasına səfər edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Mayın 31-də baş tutacaq səfər zamanı ikitərəfli münasibətlər, Koreya yarımadasında və dünyada baş verən proseslər müzakirə ediləcək.