Lavrovdan ABŞ-a Suriya çağırışı

Baxış sayı:
9007

Rusiya Xarici İşlər naziri Sergey Lavrov alman həmkarı Siqmar Qabriellə telefon danışığı aparıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Lavrov ABŞ-ı BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs rejiminə əməl etməyə çağırıb.
Sergey Lavrov eyni zamanda alman həmkarını rus əsgərlərinin Şərqi Quta bölgəsindəki fəaliyyəti ilə bağlı məlumatlandırıb.