Lavrovla Kimin görüşü xoşuma gəlmədi, ancaq... - TRAMP
2-06-2018 09:00
Baxış sayı:
8977

Rusiya və Şimali Koreya arasındakı danışıqlara mənfi yanaşıram, ancaq bu danışıqlar müsbət nəticə verərsə, münasibətimi dəyişəcəm.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşünə münasibət bildirərkən deyib.
"Lavrov-Kim görüşü xoşuma gəlmədi. Bu görüşün məqsədinin nə olduğunu soruşdum. Lakin bu, müsbət görüş də ola bilər. Əgər müsbət danışıqlardırsa, o zaman xoşuma gələr", - Tramp söyləyib.